Yəməndə baş verən silahlı toqquşmalarda 17 nəfər ölüb

12-08-2017, 12:23
Oxunub: 41
Döyüşlərdə 10 üsyançı husi və 7 hərbçi ölüb, daha 4-ü yaralanıb


Yəməndə üsyançı husilər (“Ənsər Allah” hərəkatı) və hökumət qoşunları arasında qanlı toqquşmalar baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sutka ərzində Cauf əyalətində qeydə alınan döyüşlərdə 10 üsyançı husi və 7 hərbçi ölüb, daha 4-ü yaralanıb.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə havazərbələri endirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti