İdxal edilən təyyarə yanacağı gömrük idxal rüsumundan azad edilib

12-08-2017, 12:12
Oxunub: 349
“Azərbaycan Respublikasına gətirilən malların gömrük idxal rüsumlarının dərəcələr”inə müvafiq dəyişiklik edilib


Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük idxal rüsumundan azad edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə müvafiq dəyişiklik edib.

İndiyə qədər Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq edilib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Bu qərar da dərc edildiyi gündən, yəni bu gündən 90 gün müddətində qüvvədədir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti