Zəka irsidir?

11-08-2017, 16:00
Oxunub: 226
15 milyon DNT fərqliliyi bizi digər insanlardan genetik olaraq ayırır


Elm adamları yüz ildən artıqdır ki, bu sualın cavabını axtarırlar, cavab isə açıqdır: insanların zəka testlərindən əldə etdikləri nəticələrin fərqliliyi genetik fərqliliyin nəticəsindən önəmli dərəcədə asılıdır.

Gəlin, bunu bir az da izah edək. Hər hansı bir insanın zəkası; məsələn, uşaqlıqda baş vermiş xəstəlik səbəbilə genetik potensialını itirə bilər. Genetika dedikdə DNT vasitəçiliyi ilə nəsildən bir sonrakı nəsilə keçən fərqlilikləri nəzərdə tuturuq. Lakin hamımızda 3 milyard DNT var, bəzilərimizdə bunun 99.5 faiz ortaqdır, bu səbəbdən yalnız 15 milyon DNT fərqliliyi bizi digər insanlardan genetik olaraq ayırır. Xatırlatmaqda fayda var ki, zəka testləri, elmi bacarıq və məktəblərdə öyrənilən bilginin çox müxtəlif ölçüləri daxildir. Zəka - daha uyğun bir ifadə ilə ümumi elmi bacarıq, bir insanın çox müxtəlif testlərdəki performansının əks olunmasıdır.

Genlər az hesab edilməyəcək dərəcədə fərqliliklər yaradır, ancaq  hekayənin bütünü bu deyil. Genlər insanlar arasındakı zəka fərqliliklərinin hardasa yarısına cavabdehdir, dolayı olaraq digər yarısı genetik fərqliliklərdən deyil, mühit faktorlarından təsirlənir. Bu 50 faizlik təxmin isə əkiz uşaq, övladlığa götürülmüş uşaq və övladlığa götürən valideyinlərin zəka səviyyəsində bir-birinə oxşamadıqlarını bilirik.

Artıq mütəxəsislər zəkada rolu olan genləri axtarır. Bir neçə il əvvəl olduqca çox, bəlkə də minlərlə genin kiçik təsirinin olduğunu öyrənmişdilər. Yüz minlərlə fərd üzərində aparılan təcrübələr isə insanlar arasındakı zəka fərqliliklərinin 5 faizinin genlərlə bağlı olduğunu aşkar etdi. Bu yaxşı başlanğıc hesab edilə bilər, lakin 50 faiz ehtimalından çox uzaqdır. Digər maraqlı fakt isə zəka göstəricisindəki genetik təsirin körpələrdə 20 faiz olduğu halda, uşaqlarda 40 faiz və yetkin insanda 60 faizə qədər yüksəldiyini göstərir.

Bu vəziyyət belə izah edilə bilər ki, uşaqlar genetik meyillərini inkişaf etdirməkdə təcrübələr axtarır.

DNT-dən qaynaqlanan elmi potensialın öncədən görmə bacarığında mükəmməl faydası olacaq. Beləliklə elm adamları gen, zəka, beyin və ağılı bir-birinə bağlayan inkişaf yollarının xəritəsini hazırlamağı düşünə bilərlər. Praktiki nəticələr baxımından baxsaq: daun sindromu kimi zehni qüsura səbəb olan xromosom və genlə əlaqəli xəstəliklərin olduğunu bilirik. Dolayı olaraq zehni qüsurun ortaya çıxmasına səbəb olan digər genlərə aid əldə edilən nəticələr bu elmi çətinliklərin qarşısını almaq ya da ən azından sağaltmaq baxımından bizə kömək ola bilər.
Ramilə Heydərova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti