“Elektron hökumət” portalına daha bir yeni xidmət inteqrasiya edilib

10-08-2017, 16:45
Oxunub: 304
Göndərildikdən sonra müraciətin qeydiyyata alınması və nömrəsi barədə bildirişi ekranda görünəcək


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyiMəlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına “Azərsu” ASC-nin “Elektron müraciət” adlı yeni elektron xidməti inteqrasiya olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər müraciətlərini (ərizə və şikayət) bundan sonra elektron formada göndərə bilərlər.

Qeyd edək ki, portala autentifikasiya vasitələrindən biri ilə daxil olduqdan sonra əsas səhifədə “Bütün xidmətlər” bölməsi, daha sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin təqdim olunan xidmətləri içərisindən “Elektron müraciət” adlı xidmət seçilməlidir.

Açılan səhifədə “Su kanal idarələri”, yaxud “İdarəetmə aparatı” olaraq müraciət edilən təşkilatı, həmçinin müraciət edilən səlahiyyətli şəxs və ya müraciət edilən struktur vahidini seçib “Müraciət et” düyməsinə sıxılmalıdır.

Növbəti səhifədə ad, soyad, ata adı, FİN kod və ünvanınızı qeyd edilməli, ərizə, yoxsa şikayət olmaqla, müraciətin növünü və müraciət etmə səbəbini seçilməlidir. Telefon nömrəsi, poçt ünvanı və müraciətlə bağlı qeydləri əlavə edib, müraciətlə əlaqəli sənədlərin təqdim edilməsinə zərurət yarandıqda isə “Fayl əlavə edin” bölməsindən sənədləri sistemə yüklənməlidir. Bundan sonra “Müraciət et” düyməsini aktivləşdirməklə müraciəti göndərmək mümkündür.

Göndərildikdən sonra müraciətin qeydiyyata alınması və nömrəsi barədə bildirişi ekranda görünəcək.

Qeydiyyata alındıqdan sonra müraciət “Azərsu” ASC-nin müvafiq struktur vahidinə icraya yönləndirilir. Müraciətin nəticəsi haqda məlumat isə vətəndaşın anketdə qeyd etdiyi elektron poçt ünvanına göndərilir.

Qeyd edək ki, “Azərsu” ASC-nin “Elektron hökumət” portalına inteqrasiya edilən xidmətlərinin sayı 10-a çatdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti