“TAV Georgia”: Tbilisi hava limanında reyslər vaxtında yerinə yetirilir

10-08-2017, 14:32
Oxunub: 122
“Problem yalnız Tbilisidə olmayıb"


Tbilisi beynəlxalq havalimanında sərnişinlərin qeydiyyatı ilə bağlı yaranmış problem bir neçə saat ərzində aradan qaldırılacaq.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya hökumətin iclasında deyib. Nazir bildirib ki, ötən gecə sərnişinlərin qeydiyyatı üzrə SITA beynəlxalq sistemində problem yaranıb: “Problem yalnız Tbilisidə olmayıb. Müvafiq departamentlər problemin qısa vaxt ərzində aradan qaldırılması üçün SITA-in baş ofisi ilə davamlı əlaqə saxlayırlar”.  

G. Qaxariya qeyd edib ki, onlayn qeydiyyat olmadığına görə sərnişinlər fiziki qeydiyyatdan keçirlər və bu da növbələrin yaranmasına səbəb olur. 

Tbilisi və Batumi hava limanlarını idarə edən “TAV Georgia” şirkəti də Tbilisi beynəlxalq hava limanında yaranmış problemlə bağlı məlumat yayıb. Açıqlamada deyilir ki, avqustun 10-da gecə saat 02-də hava limanının aviasiya kommunikasiya şəbəkəsində problem yarandığından sərnişinlərin elektron qeydiyyatında məhdudiyyətlər yaranıb. Nəticədə gecə saat 02-dən səhər saat 09-a qədər cədvəl üzrə olan 22 reysdən 7-nin həyata keçirilməsi iki saata yaxın ləngiyib. “TAV Georgia” problemin aradan qaldırılması üçün beynəlxalq mülki aviasiya əlaqəsi sistemi olan SITA şirkətinin baş ofisi ilə əlaqə saxlayıb. Hazırda Tbilisi beynəlxalq hava limanında reyslər gecikmə olmadan həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti