Bakıda "Imagine" film festivalı keçiriləcək - Fotolar

10-08-2017, 14:23
Oxunub: 857
"Gənc nəsilə mümkün qədər yaxın olmağı hədəfləyirik"


Avqustun 9-da "Travellers Club Baku"nun təşkilatçılığı ilə "Travel Notes - Toward the North Pole and beyond" adlı tədbir keçirilib.

Klub rəhbəri Paula Kasaqrande Etatist.com-a verdiyi açıqlamada bildirib ki, onlar bu klubu yanvar, fevral aylarında yaratmağa qərar veriblər:

- Biz səyahət etməyi çox sevirik. Düşünürük ki, insanları müxtəlif ölkələr, müxtəlif mədəniyyətlər haqqında marifləndirməyin ən yaxşı yolu budur. Bu, bilik dünyasını genişləndirmək istəyən insanları birləşdirmək üçün real vasitədir. Biz Bolivia ilə başladıq, Qalapaqos adası, Pasxa adası ilə davam etdik. Dünyanın digər başına - Şimal qütbünə getdik. Gələcəkdə səyahət edən müxtəlif insanları dəvət edəcəyik ki, onlar müxtəlif ölkələrdəki təcrübələrini anlatsınlar. Əlbəttə, bu, bir az vaxt alacaq.

Bakıda "Imagine" film festivalı keçiriləcək - Fotolar

- Bu kimi tədbirlər davamlı olacaq?
- Bəli, bu tədbir ayda bir dəfə keçirilir. Əgər maraq çox olsa, ayda iki dəfə də keçirilə bilər. Biz həmçinin tur təşkil etməyi də düşünürük. Təşkilatımız bütün bu tədbirləri tamamilə ödənişsiz edir. Məqsədimiz biznes və ya bu kimi şeylər deyil, həvəsli olduğumuz işi görməkdir.

Bakıda "Imagine" film festivalı keçiriləcək - Fotolar

- Bugünkü film nə haqqındadır?
- Bugünkü film, sonuncu keçirdiyimiz görüşümüzlə bağlıdır, Şimal qütbü ilə yox. Çünki bizim keçən dəfəki görüşümüz çox uzun idi və onu ekranlaşdırmaq imkanımız yox idi. Bugünkü film Pasxa adası ilə bağlıdır. İllər əvvəl baş verən oxşar və sirli hadisələrin qısa təsviridir. Daha geniş izah məlumat üçün isə filmi izləməlisiz. Oktyabrda daha böyük festival keçirməyə hazırlaşırıq. Adı “Imagine”dir, Con Lennondan ilhamlanmışıq. Bu festival daha geniş təşkil olunacaq. Bura musiqi performansları və konsertləri, master klaslar və s. daxildir. “Imagine” festivalında sənədli filmlərə də yer veriləcək. Avropa İttifaqındakı hər ölkə tolerantlıq məsələləri ilə bağlı öz filmini nümayiş etdirəcək. Buraya gender bərabərliyi, yaşlı insanların problemləri, şiddətə məruz qalan qadınlar və s. aiddir. Digər film festivalı “DokuBaku” isə Bakıdakı ilk film festivalıdır. Belə ki, bu, çoxbilinən festival olacaq. “Landmark”, “Park Cinema” bizim əməkdaşımızdır. Lakin məqsədimiz bu filmləri məşhur olmayan yerlərdə nümayiş etdirməkdir - kafelər, pablar, kitabxanalar. Gənc nəsilə mümkün qədər yaxın olmağı hədəfləyirik. Bu festival Bakıda ilk dəfədir keçirilir, son olmasın... Festivalı daha da genişləndirib, növbəti il yenidən keçirməyi planlaşdırırıq. Hal-hazırda keçirilən festival oktyabra qədər hər həftə müxtəlif yerlərdə və müxtəlif mövzularda keçiriləcək. Ətraflı məlumatı “facebook” internet səhifələrimizdə tapa bilərsiniz.

Aytac Abbasova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti