Bakıda avqustun 9-da havanın hərarətində yeni rekord qeydə alınıb

10-08-2017, 14:08
Oxunub: 190
Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub


Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında  40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib.

Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti