Tbilisi beynəlxalq hava limanının fəaliyyətində problem yaranıb

10-08-2017, 13:39
Oxunub: 79
Havalimanında sərnişinlərin sıxlığı yaranıb


Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanının fəaliyyətində texniki problem yaranıb.

APA-nın yerli bürosunun məlumatına görə, sərnişinlər qeydiyyatdan keçə bilmədikləri üçün Afina, Antalya, Varşava, Kiyev, Dubay və İstanbul reysləri də daxil olmaqla, 8 reysin yerinə yetirilməsində iki saata yaxın ləngimələr olub. Havalimanında sərnişinlərin sıxlığı yaranıb. 

Hava limanından bildiriblər ki, problem elektron qeydiyyat sistemində yaranıb və buna səbəb hava limanının yeni terminalında aparılan işlərdir. Texniki problemə baxmayaraq, hava limanında heç bir reys ləğv olunmayıb. Elektron qeydiyyat sistemində problemin tam aradan qaldırılması üzrə işlər davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti