Trampın seçki qərargahı Rusiya məsələsi ilə bağlı sənədləri Senata göndərib

9-08-2017, 13:40
Oxunub: 225
Manafort 400 səhifəyə yaxın, kiçik Tramp isə 250 səhifə sənədi Senata göndəriblər


ABŞ prezidenti Donald Trampın seçki qərargahı Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı Senatın tələb etdiyi sənədləri verməyə başlayıb.

APA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, seçki qərargahı və onun keçmiş rəhbəri Pol Manafort, eləcə də prezidentin oğlu kiçik Donald Tramp Senatın Kəşfiyyat komitəsinə müvafiq sənədləri təqdim edib. Avqustun 4-də qərargah 20 min səhifə, Manafort 400 səhifəyə yaxın, kiçik Tramp isə 250 səhifə sənədi Senata göndəriblər.      

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti