Hirkan Milli Parkındakı yanğınla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub

8-08-2017, 15:18
Oxunub: 110
Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır


Avqsutun 7-də Hirkan Milli Parkının Lənkəran rayonunun Biləsər kəndinə yaxın yüksək dağlıq ərazisində baş verən yanğın bu gün saat 12:30 radələrində Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində tamamilə söndürülüb.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanğın baş verən ərazi yüksək dağ massivində yerləşdiyindən yanğının söndürülməsi üçün mümkün olan bütün vasitələrdən, xüsusən əl əməyindən istifadə edilib. Təxminən 1 hektar ərazini əhatə edən yanğın zamanı yaş ağacların yarpaqları ütülsə də, onlara ciddi ziyan dəyməyib, quru ot və kol örtüyü yanıb. 

Qeyd edək ki, ərazidə nazirliyin əməkdaşları tərəfindən 24 saatlıq növbətçilik rejimi təşkil edilib. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Hirkan Milli Parkı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Hazırda dəymiş ziyanın müəyyən edilməsi istiqamətində iş aparılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti