Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək

8-08-2017, 14:55
Oxunub: 187
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şəki rayonunda vətəndaşları qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul avqust ayının 26-da saat 10:00-da Şəki Şəhər-Rayon Polis Şöbəsində başlayacaq. 

Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər. 

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti