"Renault" və İran 600 mln. avroluq müqavilə imzalayıb

7-08-2017, 18:40
Oxunub: 259
"Renault" İranda illik 300 min avtomobil istehsal etmək niyyətindədir


Fransanın avtomobil istehsalçısı olan "Renault" şirkəti və İran 600 mln. avro dəyərində müqavilə imzalayıb. Report-un İranın "Tasnim" saytına istinadən verdiyi məlumata görə, İranın Sənayenin İnkişafı və Yenilənmə Təşkilatı, "Partov Negin Naseh" və Fransanın "Renault" şirkəti üçtərəfli müqavilə əsasında İranda yeni avtomobil modelləri buraxmaq, habelə müştərilərə xidmət göstərmək və avtomobil hissələrini satacaq mərkəz açmaq niyyətindədir.

Qeyd edək ki, "Renault Duster"in ilk iki modeli İranda 2018-ci ilə kimi buraxılacaq.

"Renault" İranda illik 300 min avtomobil istehsal etmək niyyətindədir.

Müqaviləyə görə, "Renault" yeni müqavilənin səhmlərinin 60%-nə, digər iki İran şirkəti isə müvafiq olaraq 20%-nə sahibdir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti