Avropada təhsil Azərbaycandakından nə ilə fərqlənir? - Müsahibə

7-08-2017, 11:50
Oxunub: 514
"Təhsildən əlavə fərqli bir mühit və cəmiyyətdə olmaq istədim"


Son illər azərbaycanlı gənclər xarici ölkələrdə oxumağa daha çox üstünlük verir. Bunun bir çox səbəbi var: Xarici ölkələrdə, xüsusilə, Avropa ölkələrində rahatlıq, təhsilin daha yaxşı, keyfiyyətli olması, yeni mühit, yeni şəhərlər, ölkələr və s.

Biz də Etatist.com olaraq bununla bağlı yeni rubrikaya start veririk. Bu rubrika çərçivəsində xaricdə təhsil alan azərbaycanlı gənclərdən müsahibə alınacaq. Bununla da gənclərin niyə xaricə üz tutduğunu, hansı ölkələrdə təhsilin hansı səviyyədə olduğunu öyrənməyə çalışacağıq.

İlk müsahibimiz Polşada magistratura təhsili alan Kənan Mikayılovdur. Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Özünüz haqqında qısa məlumat verin.
- Kənan Mikayılov, tələbəyəm, 22 yaşım var, 20 gün sonra 23 olacaq.

- Harda təhsil alırsınız? 
- "Warsawa School of Economics", ixtisasım maliyyə və mühasibat.

- Niyə Azərbaycan universitetinə qəbul olmaq istəmədiniz?
- Çünki bakalavr diplomunu öz ölkəmizdə əldə etmişəm. Ona görə də magistratura üçün təhsildən əlavə fərqli bir mühit və cəmiyyətdə olmaq istədim. Yəni sırf təhsilə görə yox, həm də yeni yerlərə səyahət etmək üçün.

- Polşanı seçməyinizdə xüsusi səbəb var?
- Əsas səbəb Polşada təhsil haqqının və yaşayış xərcinin digər Avropa ölkələrinə nisbətdə xeyli aşağı olmasıdır.

- Oradakı təhsillə bağlı hansı xüsusiyyəti Azərbaycanda da tətbiq etmək istərdiz?
- Universitetdə oxuduğum müddətdə tələbələrin ən acığı gəldiyi şey "sərbəst iş" idi. Hələki orada bu "sərbəst iş" məsələsinin olub- olmaması və ya necəliyi haqda məlumatım yoxdur. Lakin əlimdə imkan olsaydı, bizdəki sərbəst iş məsələsini daha səmərəli bir fəaliyyətlə əvəz edərdim.

- Polşada ən çox nəyi sevirsiz?
- Sarışın, göy göz qızlarını və şəhərləri dörd tərəfdən əhatələyən meşələrini. Başqa sevdiyim şəylər də var, amma ən çox sevdiklərim bunlardır.

- Daha çox hansı ölkənin gəncləri ora oxumağa üz tuturlar?
- Bütün ölkələrdən gələnlər var, əsasən, Hindistan, Türkiyə və Ukraynadan olanlar üstünlük təşkil edir.

- Bəs polşalı gənclərin özləri təhsilə nə dərəcədə önəm verirlər? Əksəriyyəti yəni.
- Məncə, çox önəm verirlər, çünki tanıdığım polyakların əksəriyyəti ali təhsillidir.

- Təhsilinizi bitirdikdən sonra qayıdıb burada çalışmaq istəyirsiz, yoxsa elə Polşada qalmaq?
- Onu hələki tam düşünməmişəm, amma böyük ehtimalla harada daha çox qazanc olsa, hamı kimi orada olmaq istəyəcəm.

- Bura sizi bağlayan heç nə yoxdur?
- Təbii ki, bağlayan çox şey var, lakin hər halda bütün ömrümüzü nəyəsə bağlılıqla keçirərək uğur qazana bilmərik.

İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti