"Ədəbiyyatımızda ideal qadın obrazı yoxdur" - Oxucudan müsahibə

7-08-2017, 10:43
Oxunub: 2159
"Əsl acizlik qadınlara söz azadlığı, fikir azadlığı verməməkdir"


Kitabıstanın “Oxucudan müsahibə” layihəsinin növbəti qonağı Atatürk Universitetinin Menecment fakültəsinin tələbəsi Aysu Hümbətovadır.

Etatist.com Aysu Hümbətovayla müsahibəni təqdim edir:

- Oxuduğunuz ilk kitab yadınıza gəlir?
- Bəli. Nizami Gəncəvi "Leyli və Məcnun" poeması

- Bəs indi hansı kitabı oxuyursunuz?
- "Qandinin  liderlik fəlsəfəsi" kitabını oxuyuram.

- Qandini bir cümlə ilə necə ifadə etmək olar?
- Liderliyi, vəzifəsini kürsülərlə, geyim biçimiylə deyil, xalqı ilə birlikdə əzmkarlıqla, ölkəsi üçün uyğun olanı seçərək təhlil edən və xalqın sıralarında öz ölkəsini xalqının gözündən izləyən biri.

- Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində sizi qane etməyən cəhətlər oldumu?
- Bəli. Mən o əsəri oxuyanda məktəbli idim, səhv etmirəmsə 6 yaxud 7-ci sinifdə oxuyurdum. Elə o zamanlar əsərdə Leyli obrazı məni qane etmirdi.

- Siz Leyli obrazını necə görmək istəyirdiniz ki?
- Mənim fikrimcə, Leyli obrazı əsərdə qadın hüquqlarının qorunmasını, o zaman üçün cəhalətlə mübarizəni əks etdirir. Lakin nəticə etibarilə ailəsinin fikri və təkidi ilə ailə qurduğu zaman Leylidəki iradəsizliyi göstərir.

- Ədəbiyyatımızda ideal qadın obrazları varmı?
- Mənim fikrimcə yox.

- Sizcə bunun səbəbi nədir?
- Zamana uyğun olaraq qadınların hüquqlarının tapdalanması və onlara seçim haqqının tanınmaması. 

- Bəlkə səbəb qadınlarımızın acizliyidir?
- Əsl acizlik qadınlara söz azadlığı, fikir azadlığı verməməkdir.

- Sizcə siz azadsınız? Ümumiyyətlə azadlıq nədir?
- Fikrimcə, azadlıq fikirdə, düşüncədə formalaşır. Əslində, tam mənada azadam deməzdim. Amma düşünüb seçim edirəmsə, demək ki, müəyyən qədər azadlığım var.
Məncə, insan özünü dərk edəndən özü üçün nələrsə etməyə çalışır. Həyatın mənası özümüz üçün, qohumlarımız üçün deyil, yadlar üçün, tanımadığımız insanlar üçün nələrsə etməyə çalışmaqdır.

- Qərarlarınızı özünüz verirsiniz, ya valideynləriniz seçimlərinizə təsir edir ?
- Ailədə tək övlad olduğum üçün valideynlərimin fikri, istəkləri mənə maraqlıdır, amma qərar verərkən öz istəklərimi nəzərə alıram.

- Nə sizi yora, həvəsdən sala bilər?
- Haqsızlıq və göstəriş xətrinə səmimilik.

- Haqsızlıq görəndə nə edirsiniz?
- Əslində çətini sevən və çətindən zövq alan biriyəm. Ta ki, haqsızlıqla çətinlik arasındakı cizgi qarışdırılana qədər. Sadəcə tez reaksiya bildirirəm və nəticədə həvəsdən düşürəm.

- Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Kitabıstanı demək olar ki, facebook sosial şəbəkəsində olandan izləyirəm və onun Milli Fikir Mərkəzinin nəzdində olduğunu isə bir neçə ay öncə bilmişəm. Bəli,  özümü "Kitabıstan" vətəndaşı hesab edirəm.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti