Qazaxıstanda snayperlərin yarışı keçiriləcək
4-08-2017, 16:48
Oxunub: 338
Yarışlar avqustun 9-da başa çatacaq
Bu gün “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışları başlayacaq.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə havahədəflərinin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.
17 ölkənin komandalarının iştirak etdiyi yarışlar avqustun 9-da başa çatacaq.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.