Burak Yılmaz karyerasını “Trabzonspor” klubunda davam etdirəcək

2-08-2017, 16:16
Oxunub: 364
Açıqlamada B.Yılmazla danışıqlara başlandığı bildirilir


Türkiyə yığmasının futbolçusu Burak Yılmaz karyerasını vətənində davam etdirəcək. 

“Report”un məlumatına görə, Çinin "Beijinq Quoan" klubu ilə yollarını ayıran 32 yaşlı hücumçu “Trabzonspor” ilə razılıq əldə edib.

Trabzon təmsilçisinin rəsmi saytında yer alan açıqlamada B.Yılmazla danışıqlara başlandığı bildirilir.

Qeyd edək ki, Burak Yılmaz karyerası ərzində “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray”, “Manisaspor”, “Antalyaspor” və “Eskişehirspor”da çıxış edib. O, 2010-2012-ci illərdə də “Trabzonspor”un formasını geyinib və iştirak etdiyi 75 oyunda 55 qol vurub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti