Azərbaycanın 5 taekvondoçusu Qran-pri turnirində iştirak edəcək

2-08-2017, 16:13
Oxunub: 339
Qran-pri əvvəlcə avqustun 4-6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək


Taekvondo üzrə Qran-pri turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, yarışda kişilərdən Qaşım Maqomedov (58 kq), Məhəmməd Məmmədov, Ayxan Tağızadə (hər ikisi 68 kq), Ramin Əzizov (+80 kq), qadınlardan isə Fəridə Əzizova (67 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Qran-pri əvvəlcə avqustun 4-6-da Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Daha sonra turnir müvafiq olaraq Mərakeş, Böyük Britanıya və Kot dİvuarın paytaxtlarında təşkil ediləcək. G4 kateqoriyalı beynəlxalq yarışda qalib idmançı aktivinə 40, ikinci yer 24, üçüncü yerə sahib olan isə 14.4 reytinq xalı əlavə etmiş olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti