Suriyada öldürülən Rusiya vətəndaşlarının sayı açıqlanıb

2-08-2017, 16:07
Oxunub: 57
Ölənlərdən ikisinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb


Suriyada 2017-ci ilin ilk yarısında Rusiyanın 40 vətəndaşı, o cümlədən 17-si hərbçi və 21-i xüsusi hərbi şirkətlərin döyüşçüsü ölüb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu ölənlərin qohumları və dostları bildirib.

Ölənlərdən ikisinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyi bu müddət ərzində 10 hərbçisinin öldüyünü bildirib. Nazirlik itki ilə bağlı “Reuters”in sorğusunu cavablandırmayıb.

Xəbərdə bildirilib ki, nazirlik iki il ərzində Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın təxminən 33 hərbçisinin öldüyünü təsdiqləyib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti