Tovuzda mikroavtobus ilə yük maşını toqquşub

2-08-2017, 14:05
Oxunub: 303
Faktla bağlı araşdırmalar aparılır


Tovuz rayonunda mikroavtobus ilə yük maşını toqquşub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Bozqanlı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Ford" markalı yük avtomobili ilə "QAZel" markalı mikroavtobus toqquşub. Nəticədə mikroavtobusun sürücüsü, Tovuz rayon sakini, 1990-cı il təvəllüdlü Anar Vaqif oğlu Kərimov və və bir qadın sərnişini, Tovuz rayonunun Əyublu kənd sakini, 1984-cu il təvəllüdlü Nəcibə İsmayıl qızı Həmzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırmalar aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti