Prezident Pirallahıda 29 yeni yaşayış binasının tikintisinə pul ayırıb

1-08-2017, 18:22
Oxunub: 409
Çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb


Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, prezidentin “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə” 2016-cı il 27 dekabr tarixli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 milyon manat, o cümlədən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5  milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni beş mərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti