Lənkəranda yanğın olub

1-08-2017, 14:27
Oxunub: 316
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib


Lənkəranda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Siyavər kəndində qeydə alınıb. Kənddə dəniz kənarında 1 hektar ərazidə ağaclar və kol-kos yanıb.  

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb edilib. Yanğının yaxınlıqda olan mağazaya keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.

 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti