Almaniya Avropa İttifaqını Türkiyəyə iqtisadi təzyiq göstərməyə çağırıb

1-08-2017, 13:57
Oxunub: 148
Türkiyəyə ayrılan maddi yardımların kəsilməsi məsələsinin konkretləşdirilməsi də tələb edilir


Almaniya hökuməti Avropa İttifaqının icra orqanı Avropa Komissiyasına müraciət edərək Türkiyə ilə Gömrük Birliyi anlaşmasının yenilənməsinin təxirə salınmasını istəyib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Almaniya Avropa Komissiyasından Türkiyəyə iqtisadi təzyiq göstərilməsini də tələb edib.

Bu tələblər Almaniya tərəfindən Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının genişlənməyə məsul nümayəndəsi Yohhanes Hana göndərilən məktubda əksini tapıb. Məktubda Aİ üzvlüyünə hazırlıq mərhələsi çərçivəsində Türkiyəyə ayrılan maddi yardımların kəsilməsi məsələsinin konkretləşdirilməsi tələb edilir. Eyni zamanda, Berlin hesab edir ki, Aİ Türkiyə ilə Gömrük Birliyi anlaşmasının müasirləşdirilməsi mövzusunda Ankara ilə aparılan müzakirələri dondurmalı, demokratiya vıə hüququn üstünlüyünə hörmət etməsi üçün Türkiyəyə təzyiq göstərməlidir.  

Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında bir müddətdir gərginlik hökm sürür. Gərginliyin səbəbi Almaniyanın Türkiyədə hərbi çevriliş cəhdində ittiham edilən hərbçilərə, mülki şəxslərə, eləcə də Türkiyədən mühacirət etmiş jurnalistlərə sığınacaq verməsi, Türkiyənin isə Almaniya vətəndaşı olan jurnalisti və hüquq müdafiəçisinin həbs etməsidir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti