130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib

1-08-2017, 12:12
Oxunub: 298
Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqıları ortalama 40% artıb


Azərbaycanda diaqnostik qiymətləndirmə nəticəsində 130 mindən çox müəllimin bilik və bacarıq səviyyəsi müəyyənləşdirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbər görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqıları ortalama 40% artıb.

Qeyd olunub ki, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdirilərək onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılır. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti