Prezident Hindistanın yeni prezidentini təbrik edib

31-07-2017, 18:23
Oxunub: 414
"Fəaliyyətinizdə uğurlar diləyirəm”


Azərbaycan prezidenti İlham Əliyev Ram Nat Kovindi Hindistan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Hindistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin davamlı inkişafı və daha da möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Hindistan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti