Təhsil naziri Tovuzda vətəndaşları qəbul edib

31-07-2017, 17:06
Oxunub: 305
Əksər məsələlər yerindəcə həllini tapıb


Təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarının sakinlərini qəbul edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, direktorların işə qəbulu, işə bərpa olunma və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər yerindəcə həllini tapıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti