Gürcüstanda iqtisadi artım 4,6 faiz təşkil edib

31-07-2017, 15:12
Oxunub: 312
Xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 13,5 faiz artıb


Cari ilin iyun ayında Gürcüstanda ÜDM-in artım tempi 4,6 faiz təşkil edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, 2017-ci ilin ikinci rübündə ÜDM-in artımı 4 faiz, 6 ayda isə 4,5 faiz təşkil edib.

İyun ayının digər iqtisadi göstəricilərinə gəlincə, aylıq inflyasiya 7,1 faiz olub. İstehlak qiymətləri isə may ayı ilə müqayisədə 0,4 faiz aşağı düşüb.

Xarici ticarət dövriyyəsi ötən illə müqayisədə 13,5 faiz artıb.

İyun ayında Gürcüstanda 4 474 müəssisə qeydiyyatdan keçib ki, bu da ötən illə müqayisədə 15,8 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirləri 718.1 milyon lari, xərcləri isə 790,6 milyon lari təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti