Əfqanıstanda İŞİD-in mövqelərinə havadan zərbə endirilib, 8 terrorçu zərəsizləşdirilib

29-07-2017, 17:07
Oxunub: 75
Dinc sakinlər arasında ölən və xəsarət alan olmayıb


Əfqanıstanın şərqində yerləşən Nanqahar əyalətində terrorçu İŞİD qruplaşmasının mövqelərinin bombalanması nəticəsində azı 8 terrorçu zərərsizləşdirilib.

Report “Khaama Press”ə istinadən xəbər verir ki, hava zərbələrinin endirilməsində məqsəd İŞİD terrorçularının sığınacaqlarının məhv edilməsi olub. 

Əməliyyat zamanı İŞİD-in həmin ərazidəki bütün mövqeləri dağıdılıb, dinc sakinlər arasında ölən və xəsarət alan olmayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti