ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib

29-07-2017, 14:24
Oxunub: 299
Genişmiqyaslı hərbi təlimlərin açılış mərasimində ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək


Gürcüstanda keçiriləcək NATO-nun “Layiqli tərəfdaş 2017” (Noble Partner 2017) hərbi təlimlərində iştirak edəcək ABŞ ağır hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib.

APA-nın yerli bürosunun Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Stryker” zirehli maşınları Poti limanına çatdırılıb. Bundan öncə ABŞ-ın “Abrams” tankları və “Bradley” zirehli maşınları Gürcüstana gətirilmişdi.

Genişmiqyaslı hərbi təlimlərin açılış mərasimində ABŞ-ın vitse-prezidenti Mayk Pens də iştirak edəcək.

NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri iyulun 30-dan avqustun 12-dək davam edəcək. Təlimlərdə Gürcüstan, ABŞ, Böyük Britaniya, Almaniya, Türkiyə, Sloveniya, eləcə də tərəfdaş ölkələr Ukrayna və Ermənistandan 2800 hərbçi iştirak edəcək. Təlimlər Vaziani və Norio hərbi bazalarında keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti