ABŞ yeddi İŞİD liderinin öldürüldüyünü bəyan edib

29-07-2017, 13:48
Oxunub: 67
Öldürülənlər arasında Suriya və İraqdakı terrorçuların bir sıra yüksək vəzifəli təbliğatçıları və əlaqələndiriciləri var


Vaşinqton yeddi İŞİD liderinin öldürüldüyünü bəyan edib.

Report "Breaking911" nəşrinə istinadən xəbər verir ki, öldürülənlər arasında Suriya və İraqdakı terrorçuların bir sıra yüksək vəzifəli təbliğatçıları və əlaqələndiriciləri var.

Birləşmiş Əməliyyat Qrupu nümayəndələrinin sözlərinə görə, bu terrorçuların zərərsizləşdirilməsi İŞİD-in təbliğat fəaliyyətini, həmçinin terrorçuların maliyyələşdirilməsi yollarını pozur.

Qrup əməkdaşları bu terrorçuların öldürüldüyünü bildiriblər:

- İŞİD-in təbliğat işlərinə nəzarət edən Əbu Süleyman əl-İraq.

- İŞİD-in terror hücumlarının maliyyələşdirilməsi ilə məşğul olan Bassam əl-Ceyfus.

- İŞİD-in rəsmi təbliğat nəşrinin rəhbəri Rayaan Meşal.

- Əbu-Xəttab əl-Ravi, İŞİD-in media nümayəndəsi.

- Əbu-Sayf əl-İsavi, İŞİD-in media təmsilçisi.

- Əbu Əli əl-Canubi, İŞİD-in Böyük mətbuat-direktoru.

- İbrahim əl-Ənsari, İŞİD-in təbliğat nümayəndəsi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti