Atatürk bu gün də önəmlidir? - Cavab

28-07-2017, 18:11
Oxunub: 1463
Heç bir ağıllı adam hər şeyi bilə bilməz


Atatürk bizim üçün hələ də önəmlidir? Çox önəmlidir. Çünki Atatürkün adını sil, yerinə ağıl yaz. Ağılsız heç bir iş görə bilməzsən, ağlın olmadan atacağın hər addım səni fəlakətə aparar. Ağlının səni doğruya aparacağının qarantiyası yoxdur, amma orada normal iş görmə ümidin ağlını mörtərizəyə alaraq etdiyindən daha çoxdur. Buna görə Atatürk önəmlidir. Atatürk bizə ağlın nələrə qadir olduğunu göstərib. Bunun mümkün olduğunu göstərib, amma “mən belə deyirəm, belə edin” deməyib. Əksinə, “mən heç nə söyləmirəm”, deyib.

Bilirsiniz, Atatürk bütün yazılarını etdiklərindən sonra yazdıqları. “Onu edəcəm, bunu edəcəm” deməyib. Marks kimi kahinlik etməyib, Hitler kimi niyyətlərini ortaya qoyan kitablar yazmayıb. Bütün yazdıqları işlərini görüb bitirdikdən sonra verdiyi hesabatdan ibarətdir. Atatürk bu gün önəmlidir? Atatürk mövzusu bu gün bizimlə əlaqəlidirmi, yəni Atatürkü düşünmək məcburiyyətindəyik? Təkrar edirəm, Atatürkün adını sil, yerinə ağıl yaz və sualı yenidən ver. Ağıl önəmlidir bizim üçün? Ağlımızdan istifadə etmək məcburiyyətindəyik? Buna veriləcək cavab bu gün Atatürkün adını xatırlayıb-xatırlamamağımız onun etdiklərindən dərs alıb-almamağımız məsələsinə işıq tutacaq. Onun özünün də dediyi budur?

Bəs Atatürk səhv etməyib? Çox... Bir deyil, çox səhvdən qayıdıb, öz kəşf etdiklərindən qayıdıb. Bəlkə qayımadıqları da var, amma bu bir insanın pis niyyətini göstərməz. Əksinə, fərq edib qayıtdığı zərərlər onun xoş niyyətini açıq şəkildə göstərir.

* * * 

Bertran Rasselin bir sözü var: “Dahi adamın əsərini araşdırdığınız zaman, araşdırmanızın səbəbi həmin adamın ağıllı olmasıdır. Amma heç bir ağıllı adam hər şeyi bilə bilməz. Əgər ağıllı adam yanlış iş görübsə mütləq “bu iş doğru olmalıdır” deyə düşünməkdən ziyadə həmin vaxt o səhv niyə ona doğru kimi görünüb, onun arxasınca düşmək lazımdır”.

Atatürkə bu bucaqdan baxan olmayıb hələ.
Cəlal Şəngör "Dahi diktator"

Qeyd: İyul ayının 30-da Milli Fikir Mərkəzinin ofisində (Ə.Quliyev 79, m. 8 - "Tarqovu", McDonalds-ın arxası) MFM Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş Kitabıstanın yeni nəşri, Etatizm Akademiyası seriasından 4-cü kitab - Armstronqun Mustafa Kamal Atatürk haqqında yazdığı "Bozqurd" kitabının təqdimatı keçiriləcək.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti