Zərdabda sahibkarlara 2,5 mln. manat güzəştli kredit verilib

27-07-2017, 16:24
Oxunub: 169
Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2 700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iyulun 27-də Zərdab rayonunda növbəti işgüzar forumunu keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forum çərçivəsində fond tərəfindən Zərdab rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, pambıqçılıq, iri fermer və bağçılıq təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

SKMF-nın icraçı direktorunun müavini Arif Vəliməmmədov fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, cari ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2 700-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Zərdab və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 2,5 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, pambıqçılıq, taxılçılıq, otel tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 13 200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 528,3 mln. manat güzəştli kredit verilib.

Tədbir çərçivəsində Zərdab rayonunda güzəştli kredit ayrılmış çörək zavoduna baxış keçirilib.

Qeyd edək ki, indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən gündəlik istehsal gücü 836,6 ton olan 31 müasir çörək zavodunun yaradılmasına 55 mln. manat güzəştli kredit verilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti