İstanbulun hava limanında iki təyyarə toqquşub

27-07-2017, 15:07
Oxunub: 186
"Turkish Airlines" təyyarəsinin uçuşu ləğv olunub


"Turkish Airlines" şirkətinin təyyarəsinin quyruq hissəsi İstanbul hava limanında digər hava gəmisi ilə toqquşması nəticəsində zədələnib.

Bunu Report RİA "Novosti"yə istinadən xəbər verir.

"Atatürk" hava limanından Aktauya yollanan Qazaxstanın "Scat" aviaşirkətinin təyyarəsi uçuş-enmə zolağında Türkiyə aviaşirkətinin təyyarəsi ilə toqquşub. Qazaxıstan təyyarəsi Türkiyə təyyarəsinin quyruq hissəsinə toxunub.

"Turkish Airlines" təyyarəsinin uçuşu ləğv olunub, 286 nəfər sərnişin isə Taybey şəhərinə digər təyyarə ilə uçub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti