Azərbaycan hərbçiləri Qazaxıstana gedib

27-07-2017, 13:25
Oxunub: 327
Müsabiqələr avqustun 1-dən 9-dək keçiriləcək


Azərbaycan hərbçiləri Qazaxıstana gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.

Qeyd edək ki, bu müsabiqələr avqustun 1-dən 9-dək Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti