Bakıda dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas edilib

26-07-2017, 19:27
Oxunub: 310
Hadisə Sabunçu rayonu ərazisində baş verib


Bakıda iki nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti