Hərbçilərimiz ağır qəzaya düşüb; ölən var

17-04-2013, 10:56
Oxunub: 1038


Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb.

Hadisə Biləsuvar rayonu ərazisində baş verib.

Etatist.com-un apa-a istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi "Mercedes” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb. Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar.

 

Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti