"Atatürk “mümkün deyil” fəlsəfəsini darmadağın edən, uğurlu nümunədir"

26-07-2017, 17:23
Oxunub: 1317
"Fəaliyyətimizə Atatürkün ən çox sevdiyi kitab olan “Bəyaz zanbaqlar ölkəsində” kitabı ilə başlamışdıq"


Xəbər verdiyimiz kimi iyul ayının 30-da "Kitabıstan"ın 5-ci nəşri, Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsinin 4-cü tərcüməsi olan, Armstronqun "Bozqurd" kitabının təqdimatı keçiriləcək.

"Kitabıstan"ın koordinatoru Nicat Həşimzadə kitabla bağlı Etatist.com-a danışıb. O, bildirib ki, nəşr olunan yeni kitab bu günə qədər çıxan kitabların davamıdır:

"Fəaliyyətə başlayarkən qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan gəncliyi dünyanın ən möhtəşəm kitablarını oxumalı, tarixin ən dahi şəxsiyyətlərini tanımalıdır. Nəşr etdiyimiz yeni kitab da bu ənənənin davamıdır. Cəlal Şəngörün fikrinə görə Armstronqun “Bozqurd” kitabı Atatürk haqqında yazılmış ən doğru, ən obyektiv kitabdır. Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən dilimizə tərcümə edilən, Kitabıstan yayınlarının sayca 5-ci kitabı olan “Bozqurd” Azərbaycanda ilk dəfə nəşr olunur. Atatürk tarixdə oynadığı əhəmiyyətli rola görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb. O, haqqında ən çox əsər yazılan dahi şəxsiyyətlərdən biridir.

Xalqlar üstün fərdləri ilə tanınır. Türk xalqından danışarkən xatırlanan ilk şəxsiyyət Atatürkdür. Atatürk “mümkün deyil” fəlsəfəsini darmadağın edən, məğlub vəziyyətdə ikən cəsarət və qətiyyət nümayiş etdirərək qalib gəlməyi bacaran uğurlu nümunədir. O, təhsilə böyük əhəmiyyət verirdi ki, bu da səbəbsiz deyildi. Uşaqlıq illərində anası Mustafanın Hafiz Mehmet Əfəndinin məhəllə məktəbinə getməsini, atası isə o zaman yeni üsullarla təhsil verən dünyəvi Şəmsi Əfəndi Məktəbində oxumasını istəyi. Əvvəl məhəllə məktəbində təhsil almağa başlayan Mustafa bir neçə gün sonra Şəmsi Əfəndi Məktəbinə keçir. Atatürk məktəb seçimindəki bu qərarı üçün həyatı boyu atasına minnətdar olub".

"Atatürk “mümkün deyil” fəlsəfəsini darmadağın edən, uğurlu nümunədir"

N.Həşimzadə qeyd edib ki, bu kitab Atatürk haqqında yazılmış ilk bioqrafiyadır:

"Fəaliyyətimizə Atatürkün ən çox sevdiyi kitab olan “Bəyaz zanbaqlar ölkəsində” kitabı ilə başlamışdıq. İndisə Atatürk haqqında yazılan ilk bioqrafiyanı Azərbaycan oxucusuna təqdim edirik.

Kitab nəşrinə başlayarkən “Azərbaycanda oxucu kütləsi yoxdur” düşüncəsi ilə tez-tez rastlaşırdıq. Amma bunlara əhəmiyyət vermədən 17 ay ərzində “Bəyaz zambaqlar ölkəsində” kitabını hər dəfə 500 tiraj olmaqla 3 dəfə nəşr etdirdik. İkinci kitabımız olan “Yəhudi dövləti”ni isə ilk 500 tirajla çap etdirmişdik. Müəyyən zaman müddətində kitab tükəndi və hal hazırda ikinci nəşrin çapdan çıxmasını gözləyirik. “Qandinin liderlik fəlsəfəsi” kitabı da tükənmək üzrə olan və oxunması lazım bilinən kitablarımız siyahısındadır. Bunun üçün də əldə etməyə tələsin. Azərbaycanda kitab oxuyan yüzlərlə gənc var, “oxucu yoxdur” deyərək onların haqqını tapdalamaq olmaz. Biz Azərbaycan oxucularına dünyanın ən möhtəşəm kitablarını təqdim etməkdə davam edəcəyik".

Qeyd edək ki, kitabın təqdimatı iyulun 30-da, saat 15.00-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək. Əlavə məlumat üçün LİNK-ə daxil ola və ya 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti