"Azərbaycanın müasir yazarlarını sevmirəm" - Oxucudan müsahibə

24-07-2017, 12:12
Oxunub: 3346
"Qərar vermişəmsə, onu heç kim və heç nə dəyişə bilməz"


Kitabıstanın “Oxucudan müsahibə” layihəsinin bu dəfəki qonağı Şəkər Məmmədovadır.

Etatist.com sözügedən müsahibəni təqdim edir:

- Oxuduğunuz ilk kitab yadınıza gəlir?
- Molla Nəsrəddin lətifələri. Onda 8 yaşım var idi

- Sizcə lətifələrlə xalqı tərbiyələndirmək olarmı?
- Xalqı, bəlkə də hə. Amma hakim dairələri yox.

- İndi hansı kitabı oxuyursunuz?
- Zibiqnev Bjezinski "Böyük şahmat taxtası".

- “Böyük şahmat taxtası”nda özünüzü hansı obrazda görürsünüz?
- Özünü sübut etməyə çalışan gənc təbəqə obrazında.

- Özünüzü sübut etmək üçün sizə nə lazımdır?
- Əvvəla özümü öyrənməliyəm, xarakterimi özüm-özümə göstərməliyəm. Sonra təhsil şərtdir.

- Sizcə xaraktersiz insan uğur qazana bilər?
- Xeyr. İnsan əvvəla güclü, ağıllı şəxsiyyət olmalıdır ki, cəmiyyət həyatında uğur qazansın. Hər şey insanın beynində başlayır və orada bitir.

- Verdiyiniz qərarlara ən çox kim və ya nə təsir edir?
- Qərar vermişəmsə, onu heç kim və heç nə dəyişə bilməz. Təbii ki, burada da müəyyən istisnalar var.

- Sizə ən çox təsir edən kitab hansı olub?
- Mumin Sekman "Hər şey səninlə başlar".

- Fərdi inkişaf kitabları sizə konkret nədə kömək edib?
- Öz güvənimin konkretləşməsində çox böyük kömək edib.

- Azərbaycan yazarlarından kimləri oxuyursunuz?
- Cəlil Məmmədquluzadə, Əzizə Cəfərzadə, Cəfər Cabbarlı, Mirzə Fətəli Axundov.

- Bəs müasir ədəbiyyat...
- Azərbaycanın müasir yazarlarını sevmirəm. Daha doğrusu, tələb olunan mövzuları sevmirəm.

- Oxumağa peşman oldugunuz kitab varmı?
- Var, Qaraqan "Birinci addım". Çox mənasız, lazımsız bir kitab olduğunu düşünürəm.

- Mənasızlığını necə əsaslandıra bilərsiniz?
- Çox şey var. Məsələn, pulun pis, iyrənc bir şey olduğunu diqtə edir. İnsanları gələcəyə qaranlıq baxmağa sürükləyir, onların uğur qazanmasına mane olur, gəncləri bədbinliyə səsləyir.

- Ən çox sevdiyiniz tarixi şəxsiyyət?
- Babək və Hitler. Babəki əzminə, dirəniş gücünə görə sevirəm. Məsələn, əgər Afşin qalibiyyəti ilə yadda qalırsa və qalibiyyət simvoludursa, Babək də sabit qərarlılığın, dözümlülüyün simvoludur. Əslində Hitlerin şəxsiyyətinə marağım var. Siyasəti bizim üçün yaxşı olmadı.

- Özünüzü Kitabıstan vətəndaşı hesab edirsiniz?
- Əslində yox. Kitablara marağım çoxdu. Lakin marağım olduğu səviyyədə çox kitab oxuyan biri deyiləm.
Nicat Həşimzadə
Kitabıstan
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti