Tural Qurbanlı

16-04-2013, 17:02
Oxunub: 3041
"Ağ" adam avobusda


Bu ölkədə 2 insan tipi var, "ağ" və "qara". Ağ insanların bizimlə eyni məkanı paylaşmağı, avtobusa minməyi bizim üçün inanılmaz bir şeydir.

Bir gün öncə Nərgiz Paşayevanın soyadı Mahmudova olan Ülviyyə adlı qızının avtobusdakı şəkilləri sosial medianı bir-birinə qatdı. Nolub nə xəbərdi? Kimdən artıqdı? Şərqi Avropa ölkərininin dövlət başçıları insanlarla eyni təyyarəni paylaşırlar. Həmin ölkələrdən buna xırda reaksiya belə gəlmir. Yəni ki, minnət nəyə gərək? Nolsun dövlət başçısısan? Nəticədə bizim kimi insansan.

 

Britaniyanın baş nazirinin metrodakı şəkilləri paylaşılıb. Özü də tək, insanların arasında. Ama heç bir ingilis media qurumu bunu şişirdib göylərə qaldırmadı. Tam tərsinə şəkli tez-tez paylaşanlara "nəyi reklam edirsiz, onun borcudur da metroya minmək, bizdən artıqdır?" kimi reaksiya verdilər. Ancaq bizim bazarbaycanımızda vəziyyət başqa cürdür. Prezidentin həyat yoldaşının, bacısının qızı avtobusa minib deyə hamı başlayıb şəninə tərif deməyə. Ayıbdır, cənablar, ayıbdır. O qızın şəkillərini avtobusdan kimsə çəkib paylaşsaydı, yenə nəysə. Gənc xanımlar xarabalıqlarda fotosesiya edib şəkillərini paylaşdıqları kimi, bu qızcığaz da öz "ağ" həyatından xaraba kimi görünən avtobusda fotosesiya edib və şəkillərini öz rəsmi səhifəsində paylaşıb.

 

Sizin hər gün yaşadığınız anı, mindiyiniz avtobusu o xarabalıq kimi görür. Məsələ budur. "Ağ" insanın xarabalığı.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti