"Deutsche Bank" yenidən cərimələnib

22-07-2017, 15:22
Oxunub: 266
Bu faizlərdən çox vaxt kredit dərəcəsinin təyin edilməsində istifadə edilir


Almaniyanın "Deutsche Bank" və ABŞ-ın "JP Morgan Chase" bankları LİBOR və "Euroyen Tibor" faiz dərəcələri ilə manipulyasiya səbəbindən 148 mln. dollar məbləğində cərimələnib. "Reuters" agentliyi xəbər verir ki, "Deutsche Bank" ABŞ hökumətinə 77 mln. dollar, "JP Morgan Chase" isə 71 mln. dollar cərimə ödəyəcək. Belə bir cəriməni daha əvvəl "Citigroup" (25 mln. dollar) və "HSBC" (35 mln. dollar) ödəyib.

Qeyd edək ki, LİBOR - London banklararası faiz dərəcəsi, TİBOR isə Tokio banklararası faiz dərəcəsini əks etdirir. Bu faizlərdən çox vaxt kredit dərəcəsinin təyin edilməsində istifadə edilir.

Xatırladaq ki, bundan əvvəl "Deutsche Bank" iki dəfə ABŞ hökuməti tərəfindən cərimələnib. Buna səbəb valyutadəyişmə qaydalarının pozulması və "Volker" prinsiplərinə əməl edilməməsi faktları olub. Qeyd edək ki, "Volker" qaydaları ABŞ-da fəaliyyət göstərən banklara öz hesablarına qiymətli kağızlarla əməliyyat aparmağı qadağan edir.

FED "Deutsche Bank"ı 2008-ci il maliyyə böhranı öncəsi qiymətli kağızlarla manipulyasiya etdiyi üçün 7,2 mlrd. dollar cərimə edib. İttihamları aradan qaldırmaq üçün bank 3,1 mlrd. dollar, amerikalı müştərilərə vurduğu ziyana görə isə 4,1 mlrd. dollar cərimə ödəyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti