“Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib

21-07-2017, 12:15
Oxunub: 193
Bu siyahıya daxil olan şirkətlərə vergi güzəştləri tətbiq olunur


Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” xarici ticarət sərmayə şirkətləri siyahısına daxil edilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, qərar rəsmi qəzetdə yayımlanaraq qüvvəyə minib.

İqtisadiyyat Nazirliyinin bu qərarı ilə “Petkim” xarici ticarət sərmayə şirkətləri siyahısında 57-ci sırada yer alıb.

Bu siyahıya daxil olan şirkətlərə vergi güzəştləri tətbiq olunur.

Qeyd edək ki, SOCAR 2008-ci ildə “Petkim”i (51%) 2,040 mlrd. dollara alaraq Türkiyədəki fəaliyyətinə başlayıb. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir. “Petkim” Türkiyənin ilk və yeganə neft-kimya kompleksi və Egey bölgəsinin ən böyük ixracatçısıdır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti