“Neftçi” klubu legioneri ilə müqaviləyə xitam verib

20-07-2017, 18:17
Oxunub: 429
Karyerasını Rusiyanın “SKA-Xabarovsk” komandasında davam etdirəcək


"Neftçi” klubu futbolçu Georgi Navalovski ilə yollarını ayırıb. 

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

O, karyerasını Rusiyanın “SKA-Xabarovsk” komandasında davam etdirəcək.

Qeyd edək ki, Georgi Navalovski ötən ilin dekabrında “Neftçi”yə keçib. O, "ağ-qara" forma ilə 13 oyuna çıxıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti