Nitsşenin xeyir və şər nəzəriyəsi nədir?

20-07-2017, 15:49
Oxunub: 2553
Möhtəşəm bir şeyin meydana çıxması üçün baş qaldıran biri lazımdır


Nitsşenin “Xeyir və Şər” kitabındakı nəzəriyəsi, onun əxlaqi kompas olmadan hərəkət etməyi müdafiə etdiyi mənasına gəlmir. Nitsşe insanlığın bütün potensialının ictimai sistem tərəfindən təsdiq edilmiş köhnə dəyərlərlə yaradıldığına inanırdı.

Bunu açığlamağın ən yaxşı yolu Nitsşenin “Zərdüşt Belə Deyirdi” də ruhun çevrilmələrini izah etdiyi hekayədir.

Bunların birincisi dəvəyə çevrilmə mərhələsidir. Dəvə ona nə ediləcəyi deyilən yük heyvanıdır. Hamımız bizə nə edəcəyimizi deyən, şəkil verilə bilən beyinlərimizi, içində yaşadığımız cəmiyyətlə uyğunlaşmış istəklər və qorxularla şərtləndirərək necə düşünəcəyimizi deyən valideyinlərə, müəllimlərə, din adamlarına və s. sahibik. Ancaq müəyyən bir yerdən sonra dəvə özünü çevrilmiş tapır.

Bu da ikinci mərhələdir. Azad, güclü və macəraya ac aslan əjdaha ilə qarşılaşana qədər ətrafda gəzər. Bu əjdahanın adı isə “Thou Shalt”dır (etməlisən). Aslan əjdaha ilə savaşmalıdır. Bu uzun və çətin mübarizədir. İnsan bütün potensialına çatmaq üçün “Thou Shalt” əjdahası ilə savaşarkən ən az dəvə mərhələsində sərf etdiyi qədər zaman sərf etməlidir. Bu çətin imtahan vasitəsilə öz dəyərlərini cəmiyyət tərəfindən üzərinə yüklənən dəyərlərdən ayırmağı öyrənir. Əjdaha tamamilə yox edildikdə isə aslan son mərhələyə gəlir, yəni uşağa çevrilir.

“Aus sich rollenden Rad” (Özbaşına fırlanan təkər)

Usaq bütün potensialını istifadə edərək işləyən, cəmiyyətin qanunları tərəfindən istifadə olunan olmaqdansa cəmiyyətin qanunlarını istifadə edən insanı təmsil edir. Bütün həyatını xeyir və şər - sistem içində yaşamış insan ehtimalla əxlaqlı, istiqanlı biri olacaq. Ancaq ortalığın qarışması və möhtəşəm bir şeyin meydana çıxması üçün baş qaldıran biri lazımdır - bir Sokrat, bir İsa, bir Qandi, bir Martin Lüter Kinq, ya da bir Nelson Mandela kimi.

Tomas Ceffersonu Nitsşe fəlsəfəsinin mükəmməl nümunəsi olaraq görməyimin səbəbi isə çox fərqlidir. Cefferson İngiltərə kralından torpaq oğurladığı və öz kralının nüfuzunu rədd etdiyinə görə “xain” olaraq asanlıqla asıla bilərdi. Bunun yerinə Amerikaya ilk yerləşənlərə aid olan torpağın üzərindəki dağın bir tərəfinə öz üzünü həkk etdirdi.

Cefferson çox səbəbə görə böyük amerikan qəhrəman, eyni zamanda beynəlxalq olaraq da bəyənilən biridir. Ancaq Nitsşe bizə bunun, əsasən, Ceffersonu olduğu yerə gətirən güc sınağı olduğunu xatırladır. Əgər bu, hər hansı ictimai sistemdə xeyir və şəri müəyyən edən “güc və güc strukturlar istəyi”dirsə, əxlaqın ən yüksək nöqtəsinə çatmaq üçün bu bucaqdan baxmalıyıq.

Nitsşenin mənfi təsiri isə “without” (burada “xaricində” mənasında) kəlməsinin çox sıx olaraq “beyond” (ötəsində) kəlməsinin yerində işlənməsidir. Kölə və əfəndi əxlaqı, əxlaqsızlıqla müqayisədə daha sağlam anlayışdır. Həqiqətən də nadir gözəlliklərin nadir olması lazımdır.
Tərcümə: Ramilə Heydərova
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti