Sabah Nəsimi rayonunun bir hissəsində içməli su olmayacaq

19-07-2017, 19:05
Oxunub: 116
Məhdudiyyət magistral su xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədardır


İyulun 20-də gün ərzində Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə “Report”a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məhdudiyyət magistral su xəttinin yerinin dəyişdirilməsi və birləşmələrin verilməsi ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti