"Yuventus" yeni qapıçısını təqdim edib

19-07-2017, 17:51
Oxunub: 154
Müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsusdur


 İtaliyanın "Yuventus" futbol klubu yeni transferi Voytsex Şensnını ictimaiyyətə təqdim edib.

"Report"un məlumatına görə, 4 illik müqaviləyə imza atan polşalı qapıçı yeni komandasında 23 nömrəli forma ilə çıxış edəcək. 27 yaşlı qolkiperin keçidi Turin təmsilçisinə 9 milyon avroya başa gəlib. O, verdiyi açıqlamada komandanın əfsanəsi Canluici Buffonla danışdığını və tərəddüd etmədən təklifi qəbul etdiyini açıqlayıb: "Bu çağırışı qəbul etməyə hazıram. "Yuventus" karyeramda mümkün variantlardan ən yaxşısıdır. 27 yaşım var və qalib gəlmək istəyirəm. "Yuventus"da bu, mümkündür. Ümidvaram ki, biz Çempionlar Liqasını qazana biləcəyik". 

Qeyd edək ki, Voytsex Şensnı son 2 mövsümü icarə əsasında İtaliya "Roma"sında keçirib. O, müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsusdur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti