Bu gün Krasnoyarskdan Bakıya yeni aviareys açılır

19-07-2017, 12:44
Oxunub: 85
Reyslər oktyabrın 4-dək davam edəcək


Bu gün Rusiyanın Krasnoyarsk şəhərindən (Yemelyanov Beynəlxalq Hava Limanı) Bakıya yeni bir birbaşa aviareys açılır.

"Report" xəbər verir ki, uçuşları "Nordwind Airlines" aviaşirkəti (Rusiya) həyata keçirəcək.

Reyslər oktyabrın 4-dək davam edəcək.

Qeyd edək ki, "Nordwind" aviaşirkəti hər həftənin çərşənbə günü uçuş təşkil edəcək. Krasnoyarskdan uçuş yerli vaxtla saat 11:50-də (Bakıya çatma - 14:05), əks istiqamətdə isə Bakı vaxtı ilə saat 16:25-də (çatma - 00:10) "Boeing 737-800" tipli təyyarələrlə yerinə yetiriləcək.

Xatırladaq ki, hazırda "İrAero" aviaşirkəti də Krasnoyarskdan Bakıya uçuşlar həyata keçirir.

Krasnoyarsk-Bakı marşrutu üzrə ilk uçuş iyunun 21-də baş tutub. Birinci reysdə hava gəmisinin yüklənməsi 100% olub. Bu istiqamət üzrə uçuşlar yay cədvəlinin sonunadək (oktyabrın 25-dək) davam edəcək.

"Nordwind Airlines" 2008-ci ildən fəaliyyət göstərir və 11 ölkənin 52 şəhərinə uçuşlar yerinə yetirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti