Qazaxıstanın neft hasilatı OPEC kvotasını ötüb

17-07-2017, 19:09
Oxunub: 65
370 min barel/günə çatdırılması nəzərdə tutulub


Qazaxıstan neft və qaz kondensatı hasilatını yanvar-iyun aylarında 3,739 mln. ton (27,4 mln. barel) və ya 9,6% artıraraq 42,529 mln. tona (311,7 mln. barel) çatdırıb. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, yanvar-iyun aylarında Qazaxıstanın gündəlik neft hasilatı 235 min ton və ya 1,722 mln. barel təşkil edib. Bu isə öz növbəsində Qazaxıstanın OPEC+ anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəlikdən 22 min barel və ya 1,29% çoxdur. 

Ümumiyyətlə, Qazaxıstan 2016-cı ilin noyabr ayında Vyanada keçirilən OPEC+ sammitində neft hasilatını 20 min barel azaldaraq 1,7 mln. barel/günə endirəmək barədə öhdəlik qəbul edib.

İyun ayında isə Qazaxıstanın neft hasilatı may ayı ilə müqayisədə 2% artaraq 1,737 mln. barel/gün təşkil edib. Hasilatın artması əsasən "Kaşaqan" neft yatağının işə başlaması ilə bağlı olub. Belə ki, iyun ayında bu yataqda hasilat 32% artaraq 5,3 mln. barel/gün təşkil edib. İlin sonuna qədər "Kaşaqan"da neft hasilatının 370 min barel/günə çatdırılması nəzərdə tutulub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti