İtaliyada keçirilən beynəlxalq konfransda Azərbaycanla bağlı panellər təşkil olunub

17-07-2017, 19:00
Oxunub: 29
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışıb


 İtaliyanın Trentino-Alto Adice regionunda iyulun 13-16- da “Nodo di Gordio” beyin mərkəzi tərəfindən dünyadakı geosiyasi və iqtisadi proseslərin təhlilinə həsr olunmuş 14-cü illik konfrans keçirilib.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, “Dünyanın böyük xəritəsi: yerli və qlobal qovşaqlar” adlı konfrans çərçivəsində “Nodo di Gordio”nun rəhbəri Daniele Lazzeri, mərkəzin baş tədqiqatçıları, tanınmış alim və jurnalistlər Andrea Marcigliano və Gianni Bonnininin moderatorluğu ilə Azərbaycanla bağlı “Azərbaycan: Odlar Diyarı”, “Roma Bakıya doğru baxır” və “Trans Adriatik Boru Kəməri və İtaliyanın milli maraqları” adlı panellər təşkil olunub.

Panellər çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkənin xarici siyasətinin prioritetləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji və infrastruktur layihələri, regional təhlükəsizlik, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ölkəmizin multikulturalizm ənənələri, Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəniyyət sahələrində əməkdaşlıq mövzuları barədə danışıb.

TAP-ın İtaliya ofisinin rəhbəri Micchele Elia və “Finmeccanica-Leonardo” şirkətinin sabiq prezidenti Pierfrancesco Guarguaglininin çıxışları TAP qaz boru kəmərinin İtaliya hissəsinin çəkilməsi işləri üzrə vəziyyət və bu layihənin İtaliyanın enerji təhlükəsizliyinə faydası mövzularına həsr olunub.

Mədəni abidələrin mühafizəsi üzrə ekspert Anna Schavezzon və incəsənət tarixi üzrə tədqiqatçı Laura Facchin isə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, memarlığı, Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq mövzularına toxunublar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti