"SOCAR Turkey Petrol Energy" ilə "Qazpromneft-Aero" arasında saziş imzalanıb

17-07-2017, 18:08
Oxunub: 60
"Geniş və hərtərəfli əməkdaşlığa imkan yaradacaq”


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə neft məhsullarının tədarükü üzrə törəməsi - “SOCAR Turkey Petrol Energy” şirkəti və “Qazpromneft-Aero” (“Qazprom neft”in təyyarə yanacağı biznesi üzrə operatoru) arasında saziş imzalanıb.

“Report” xəbər verir ki, bu barədə “Qazprom-neft” məlumat yayıb.

Sazişə əsasən, “SOCAR Turkey Petrol Energy”nin tərəfdaşları olan aviasiya şirkətləri “Qazpromneft-Aero” şirkətinin çalışdığı hava limanlarında yanacaq doldura biləcəklər.

Sazişə görə, iyun ayında “Qazpromneft-Aero” Rusiyada hava limanlarındakı şəbəkəsində “SOCAR Turkey Petrol Energy”yə çıxış açılıb və onun müştərisi “Pegasus Airlines” Novosibirskdəki Tolmaçevo hava limanında yanacaq doldurmağa başlayıb.

Ümumi illik tədarükün həcmi 1 100 tondan çox aviasiya yanacağı olacaq.

“Qazpromneft-Aero” şirkətinin baş direktoru Vladimir Yeqorov bildirib ki, təyyarə yanacağı üzrə tədarükçü olan “SOCAR Turkey Petrol Energy” şirkəti ilə əməkdaşlıq “Qazpromneft-Aero”nun beynəlxalq biznesinin inkişafında vacib addımdır: “Bu, 2010-cu ildən çalışdığımız regionda mövqeyimizi möhkəmləndirəcək. Gələcəkdə “SOCAR Turkey Petrol Energy” ilə əməkdaşlığın genişləndirilərək Rusiya və MDB ölkələrinin hava limanlarında, eyni zamnda Rusiya şirkətlərinin Türkiyə hava limanlarında yanacaq doldurması həyata keçiriləcək”.

“SOCAR Turkey Petrol Energy” şirkətinin beynəlxalq satış üzrə direktoru Alp Qaraxan bu əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib: “Biz müştərilərimizə təyyarə yanacağı sahəsində daha geniş şəbəkə və yüksək keyfiyyətli xidmət təklif etmək üçün güclərimizi birləşdiririk. Əminik ki, yeni saziş gələcəkdə iki şirkət arasında biznesin mümkün istiqamətlərində daha geniş və hərtərəfli əməkdaşlığa imkan yaradacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti