Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb

17-07-2017, 17:56
Oxunub: 52
"Marketlərdən qablaşdırılmış içməli su alırıq"


Lerikdə rayon mərkəzinin əhalisi susuz qalıb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, rayon mərkəzini içməli su ilə təmin edən boru xəttində qəza baş verib. Zuvand ərazisindən rayona çəkilən içməli su xəttinin təzyiqə tab gətirməyərək sıradan çıxdığı bildirilir. 

Sakinlərin sözlərinə görə, belə hallar tez-tez baş verir: "Hər dəfə qəza baş verəndən sonra yayın qızmarında susuz qalırıq. Məcbur olub marketlərdən qablaşdırılmış içməli su alırıq. Bəzi sakinlər isə su maşınlarının gəlməsini gözləyirlər. Bu kimi hallar yay aylarında daha çox olur".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti