Atatürk haqqında kitab nəşr edilir - Azərbaycanda

17-07-2017, 17:29
Oxunub: 1010
"O, lövhə və tabaşiri silah kimi daşıyan sadə rəhbər idi"


Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi və “Kitabıstan”ın Etatizm Akademiyası seriyasından dördüncü kitabının təqdimatı keçiriləcək.

Milli Fikir Mərkəzinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə ingilis hərbçi və yazar Armstronqun Mustafa Kamal Atatürk haqqında yazdığı “Bozqurd” kitabının təqdimatı iyul ayının 30-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək.

Eyni zamanda mətbuat xidmətindən bildirilib ki, Türkiyədə senzura ilə nəşr olunan “Bozqurd” Azərbərbaycanda ilk dəfə, senzurasız təqdim ediləcək.

Kitabda Mustafa Kamalın uşaqlığı, ailəsi, gəncliyi, Birinci Dünya Müharibəsindəki xidmət dövrü, Qurtuluş Savaşı haqqında geniş yazılıb.

Kitabın Türkiyədə senzura ilə nəşr olunmasına səbəb yazarın Atatürkün şəxsi həyatı, içkisi, əyləncəsi haqqında da geniş yazmasıdır. Ancaq bütün bunlara baxmayaraq Mustafa Kamalın yorulmadan necə çalışdığını, necə lider olduğunu da qeyd edib. Yazarın özünün də dediyi kimi "O, lövhə və tabaşiri silah kimi daşıyan sadə rəhbər idi".

Milli Fikir Mərkəzi digər üç kitab kimi bu kitabı da Azərbaycan gəncinə, Azərbaycan insanına dünyanın ən möhtəşəm nümunələrini təqdim etmək üçün tərcümə edib. Azərbaycan gənci ən imkansız anda belə bəs demədən çalışan və çürümüş imperiyanın qalıqlarından modern Türkiyə Cümhuriyyətini yaradan, inqilablar, islahatlar həyata keçirən lideri yaxından tanımalıdır. 

Buna görə də kitab senzurasız təqdim edilir.

Kitabın qiyməti 9,99 AZN-dir.

Ünvan: Əlövsət Quliyev küçəsi 79, m. 8
Əlaqə: 070 537 21 84

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti